Mariya Stadnik öz çəkisində yenidən dünya birincisi olub
Bakı, 3 mart, AZƏRTAC
Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən yarışların nəticəsinə əsasən, Riqada baş tutacaq Avropa çempionatı öncəsi qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Qadın güləşçilərin reytinq sıyahısında 6 təmsilçimizin adı var. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik (48 kq) fevralda Kiyevdə keçirilən beynəlxalq turnirdə qalib gələrək reytinq siyahısında yenidən birinciliyə yüksəlib. Kiyevdə keçirilən beynəlxalq turnirdə qazandığı nəticə Anjela Doroqanın (53 kq, 5-ci yer) bir pillə yüksəlməsi, Yuliya Ratkeviçin (58 kq, 6-cı) isə mövqeyini qoruması ilə nəticələnib. Onluğa daxil olan daha 2 Azərbaycan güləşçisi isə Nataliya Sinişin (55 kq, 9-cu) və İrina Netreba (60 kq, 8-ci) olub.