MARNEULİ ŞƏHƏRİNDƏKİ MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ MİLLİ MƏCLİSİN DEPUTATI İLƏ GÖRÜŞ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir k, iyulun 10-da Gürcüstan azərbaycanlılarının Marneuli şəhərindəki Mədəniyyət Mərkəzində Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, parlamentin deputatı Qənirə Paşayevanın Gürcüstanın azərbaycanlı yazarlarının nümayəndələri ilə görüşü olmuşdur.
Tədbirdə azərbaycanlı yazarlar yaradıcılıq planlarından, problemlərdən söhbət açmışlar.
Görüşdə onların əsərlərinin nəşri məsələləri müzakirə olunmuşdur. Gələcəkdə Abdulla Şaiqin Marneulidəki ev-muzeyinin böyük ədib və onun oğlu, akademik Kamal Talıbzadənin həyat və fəaliyyətini əks etdirən eksponatlarla təchiz olunması, həmçinin ustad aşıqlardan Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, şair Novruz Təhləli və başqa tanınmış şəxsiyyətlərin ev-muzeylərinin yaradılmasına dair fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]