Marneulidə 50-yə yaxın azərbaycanlı gənc “International Cultural Programs” təlimində iştirak edib
Tbilisi, 19 iyul, AZƏRTAC
Gürcüstanın Marneuli şəhərində “International Cultural Programs” Pop-Up İngilis Klubunun dörd günlük təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, proqram ABŞ-dan olan könüllü universitet tələbələrinin digər ölkə tələbələri ilə görüşünü təşkil edərək onlara fərqli təhsil və mədəniyyətləri öyrənmək, təcrübə qazanmaq və sosiallaşmaq imkanı yaradır.
Təlimlərin hər biri icebreaker (dərsə alışdırma), qrammatika- nitq hissələri və sözönləri kimi önəmli mövzuların öyrənilməsi, sağlamlıq dərsi - sağlam qidalanmaq, pis vərdişlərdən uzaq durmaq və ruhi sağlamlıq, oyunlar vasitəsilə ingilis dilində təlimatlara əməl etmək - idmanın diqqət mərkəzində olduğu çeviklik və koordinasiya oyunları kimi sahələri əhatə edib.
Təlimlərə Marneulidən olan 50-yə yaxın azərbaycanlı gənc də qatılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi