Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb
Bakı, 19 mart, AZƏRTAC
Martın 18-də polis əməkdaşları silah və sursatların aşkarlanması üçün Xankəndi şəhərində əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat nəticəsində 4 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, müxtəlif çaplı 805 patron, 6 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Martın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 2 patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]