Masallıda baş verən qəzada 4 nəfər xəsarət alıb
Masallı, 4 aprel, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb. Lerikdən Bakı istiqamətində Ələt-Astara magistralında hərəkətdə olan “Mercedes VİTO” markalı nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Hadisə nəticəsində 4 nəfər - 1953-cü il təvəllüdlü Mirzəyeva Gülxar Əzizan qızı (sol bazunun başının sınığı), 1964-cü il təvəllüdlü Sucayeva Gülnisə Seyid qızı (sol ayağın qamış sümüyünün aşağı 1/3-də yerdəyişən açıq sınığı), 1979-cu il təvəllüdlü Zülifiyev Dilqəm Akif oğlu (qapalı kəllə-beyin travması, beyin silkələnməsi, çoxsaylı əzilmiş, sıyrılmış yaralar) və 1998-ci il təvəllüdlü Həsənzadə Elçin Alışan oğlu (sol bazunun yuxarı 1/3-də yerdəyişən sınığı) müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sonuncu xəstəyə yardım edildikdən sonra digər xəstəxanaya təxliyə olunub. D.Zülfiyevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]