Mask: Gələcəkdə ənənəvi pul öz əhəmiyyətini itirə bilər
Bakı, 21 oktyabr, AZƏRTAC
“SpaceX” şirkətinin qurucusu İlon Mask gələcəkdə süni intellekt texnologiyalarının inkişafı və kosmik tədqiqatlar nəticəsində ənənəvi pulun əhəmiyyətini itirə biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Mask bu fikirləri onun bioqrafiyasının müəllifi, amerikalı jurnalist Valter İsaaksonla birgə podkastda səsləndirib.
Maskın sözlərinə görə, robot texnologiyalarının və kosmik imkanların inkişafı Yer iqtisadiyyatının həcmini dəfələrlə üstələyən iqtisadi potensial yarada bilər. O, gələcəkdə pulun mövcudluğunu davam etdirə biləcəyini, lakin ənənəvi valyutanın əsas əhəmiyyətini itirəcəyini düşünür.
Milyarder əlavə edib ki, gələcəkdə süni intellekt və robotlar insanların yerinə yetirdiyi işlərin böyük hissəsini daha səmərəli şəkildə görə biləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:57]