İDMAN
Matilda Mutavdzic: Festivalın açılışında özümü həqiqətən odlar diyarında hiss edirdim
Bakı, 25 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC
Bakı “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının gözəl təşkilatçılığına və idmançılara yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Yay Olimpiya Festivalının Böyük Britaniyadan olan iştirakçısı, tennisçi Matilda Mutavdzic deyib.
O bildirib ki, yarışlarda güclü rəqiblərlə qarşılaşıb. Çətinliklə olsa da, oyunları üstünlüklə başa vurub.
Tennisçi festivalın açılış mərasimində də iştirak edib.
“Hər şey möhtəşəm idi. Festivalın açılışında özümü həqiqətən odlar diyarında hiss edirdim. Rəqslər çox gözəl idi. Bağlanış mərasimində də iştirak edəcəyəm. Gözəl şou olacağına inanıram”, - deyə britaniyalı tennisçi vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]