Maya Koyvula: “Azerbaijan International 2019" turnirində bütün qaydalar tam şəffafdır
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanda reallaşan beynəlxalq turnir burada birinci dəfə keçirilməsinə baxmayaraq çox möhtəşəm təşkil olunub. Yarışın keçirildiyi arena çox gözəldir. Bu sübutdur ki, burada irimiqyaslı turnirlərin keçirilməsi üçün hər bir şərait var. Hiss olunur ki, idmançılar bu yarışa çox yüksək səviyyədə hazırlaşıblar. Bizdə bu yarışlarda ədalətin bərqərar olunması üçün əlimizdən gələni edirik. Mən əminliklə deyə bilərəm ki, “Azerbaijan International 2019” turniri tam şəffaf qaydada keçirilir.
Bu sözləri finlandiyalı hakim Maya Koyvula AZƏRTAC-a müsahibəsində deyib.
M.Koyvula Bakıda idman üçün yüksək infrastrukturun olduğunu qeyd edərək söyləyib ki, Azərbaycan gözəl, təhlükəsiz olmaqla yanaşı, həm də qonaqpərvər ölkədir: “Bakı dünyanın ən gözəl və romantik şəhərlərindən biridir. Mən dünyanın bir çox şəhərlərində olmuşam. Lakin Bakının gözəlliyini, bakılıların mehribanlığını heç bir yerdə görməmişəm. Gözəl Dənizkənarı Bulvar şəhərin möhtəşəmliyinə xüsusi rəng qatır".
Qeyd edək ki, “Azerbaijan International 2019” turniri iyunun 9-dək davam edəcək. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan turnirdə 39 ölkədən 248 badmintonçu mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]