Mayın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava az buludlu, yağmursuz keçəcəkdir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaqdır.
Temperaturun gecə 15-18°, gündüz 28-33°, bəzi yerlərdə 35° isti, Bakıda gecə 15-17°, gündüz 31-33° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 11-16°, gündüz 28-33° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 15-18°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən mülayim, sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.