Mayın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 10-14°, gündüz 20-24°, Bakıda gecə 11-13°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütununda 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 10-14°, gündüz 20-25° isti, dağlarda gecə 10-14°, gündüz 15-20° isti olacağı gözlənilir.