MDB ÖLKƏLƏRİ MÜDAFİƏ NAZİRLƏRİ ŞURASININ NÖVBƏTİ İCLASI AZƏRBAYCANDA KEÇİRİLƏCƏKDİR
MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası Azərbaycanda keçiriləcəkdir. Bunu AZƏRTAC-ın müxbirinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-polkovnik Yuri Baluyevski bildirmişdir.
Onun sözlərinə görə, iclasın Bakıda keçirilməsi barədə razılıq Səfər Əbiyevin Birlik dövlətləri Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfəri zamanı əldə olunmuşdur.
Baş Qərargah rəisi Azərbaycan naziri ilə görüşdən məmnun qaldığını söyləyərək demişdir ki, hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycan-Rusiya dialoqu Bakıda davam etdiriləcəkdir.