Azərbaycan Dövlət İnformasiya Agentliyi

MDU-NUN REKTORU AKADEMİK VİKTOR SADOVNİÇİNİN ÇIXIŞI

MDU-NUN REKTORU AKADEMİK VİKTOR SADOVNİÇİNİN ÇIXIŞI
-Hörmətli həmkarlar!

İcazə verin, Elmi Şuranın Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə Moskva Dövlət Universitetinin fəxri professoru adı verilməsinə həsr edilmiş təntənəli iclasını açıq elan edim.

Hörmətli İlham Heydər oğlu!

Hörmətli qonaqlar, əziz həmkarlar!

Bu gün biz Azərbaycan Respublikasının Prezidenti, tanınmış siyasi xadim, görkəmli insan, siyasi elmlər doktoru və MDU-nun böyük dostu İlham Heydər oğlu Əliyevi Moskva Dövlət Universitetinin Elmi Şurasının iclas salonunda salamlayırıq.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə o, Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuş, 1982-ci ildə oranı bitirərək, elə həmin ali məktəbin aspiranturasında təhsilini davam etdirmişdir. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-1990-cı illərdə İlham Əliyev MDBMİ-nin Avropa və Amerika ölkələrinin tarixi və siyasəti kafedrasının müəllimi işləmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayına qədər İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, daha sonra birinci vitse-prezidenti olmuşdur. O, Heydər Əliyevin irəli sürdüyü, respublika iqtisadiyyatını möhkəmlətmək və ölkəni dünyada layiqli səviyyəyə çatdırmaq məqsədi daşıyan neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Bu vəzifədə işlədiyi dövrdə o, suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işləri dərc etdirmiş və siyasət elmləri sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. İlham Əliyev iki dəfə - 1995-ci və 2000-ci ildə Azərbaycan Respublikasının parlamentinin - Milli Məclisin deputatı seçilmişdir. 1999-cu ildə o, respublikanın iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə bu partiyanın sədri seçilmişdir.

2001-2003-cü illərdə İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası parlamentinin nümayəndə heyətinin rəhbəri olmuşdur. İlham Əliyev 2003-cü il avqustun 4-də, parlament tərəfindən təsdiqləndikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il oktyabrın 15-də İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş və oktyabrın 31-də bu vəzifədə işə başlamışdır. Prezident seçkilərində seçicilərin 76 faizdən çoxu ona səs vermişdir.

Bu gözəl insanın maraq dairəsi heyrətamiz dərəcədə çoxcəhətli və geniş, onun hərtərəfli istedadının tətbiq sahələri müxtəlifdir. İlham Əliyev 1997-ci ildən indiyə qədər Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və olimpiya hərəkatının inkişafına böyük töhfələrinə görə o, Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif olunmuşdur.

2003-cü ilin yanvar ayında İlham Heydər oğlu Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü seçilmişdir. Assambleyanın işində fəal iştirakına, Avropa ideallarına sadiqliyinə görə 2004-cü ilin aprel ayında o, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti rus, ingilis, fransız və türk dillərini də mükəmməl bilir. İlham Heydər oğlu çoxsaylı xarici mükafatlarla təltif olunmuşdur. O, bir sıra ölkələrdə müxtəlif universitetlərin fəxri titullarına layiq görülmüşdür.

Moskva Dövlət Universiteti Azərbaycanın ali məktəbləri ilə fəal əməkdaşlıq edir. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və başqaları ali məktəblərarası əməkdaşlıqda bizim aparıcı tərəfdaşlarımızdır.

Ölkələrimizin universitetlərinin müxtəlif fakültələri çoxtərəfli və səmərəli əməkdaşlıq edir. Hazırda MDU-nun 18 fakültəsində Azərbaycandan olan 70-ə yaxın tələbə müqavilə əsasında təhsil alır, ümumiyyətlə isə bizdə 200-dən çox Azərbaycan vətəndaşı oxuyur. Qeyd etmək istərdim ki, onların bir qismi Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət proqramı sayəsində biliklərə yiyələnir. Ötən ilin oktyabr ayında bizim tələbələr Bakı ilə telekörpü yaratmış, bu telekörpüdə İlham Heydər oğlu Əliyev də iştirak etmişdi.

Hörmətli İlham Heydər oğlu, bu gün Moskva Universiteti ilə Azərbaycan Respublikasının qarşılıqlı münasibətlərindən söhbət açanda mən Sizin atanız Heydər Əlirza oğlu Əliyevlə dostluğumun tarixini xatırlamaq istərdim. Bizim ilk görüşümüz 80-ci illərin axırlarında olmuşdu. O, Moskva Universitetinə gələndə mən hələ MDU-nun birinci prorektoru idim. SSRİ-nin birinci rəhbərlərindən olan Heydər Əlirza oğlu o vaxt Nazirlər Sovetinin sosial məsələlər üzrə Bürosuna rəhbərlik edirdi və MDU-nun əmək kollektivi ilə görüşlər keçirmək və ünsiyyətdə olmaq üçün buraya gəlirdi. O vaxt Heydər Əliyevlə həmin görüşdə qəbul edilmiş Moskva Universitetinin inkişafı proqramının həyata keçirilməsi mənə tapşırılmışdı. Sonralar biz Moskvada və Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşdük. 2000-ci ildə Bakıda, Bakı Universitetinin 80 illiyi bayram edilərkən bizim görüşümüzdən aldığım dərin təəssürat hələ də yadımdadır. Əvvəlcə qısa söhbət şəklində planlaşdırılan bu görüş iki saatdan çox davam edən dostcasına söhbətə çevrildi. Yadımdadır, Heydər Əliyev bütün adamları, onlarla nə vaxt görüşdüyünü yada salır, onların indi harada işlədikləri, nə ilə məşğul olduqları ilə maraqlanır, Moskva Universitetinin taleyi barədə suallar verirdi.

Bir məqamı da xatırlatmaq mənə çox xoşdur ki, 2002-ci ildə Heydər Əlirza oğlu Əliyev artıq Prezident kimi Moskva Universitetinə gəlmiş və bizim universitetdə bayram kimi qeyd edilən Tatyana gününə həsr olunmuş təntənəli iclasda iştirak etmişdi. Həmin gün ona MDU-nun fəxri professoru adı verilmişdi.

Heydər Əliyev görkəmli insan idi, onun məhsuldar həyatı həm SSRİ-nin, həm də yeni Rusiyanın və yeni Azərbaycanın tarixi ilə sıx bağlı idi. O, Moskva Universitetinə dəfələrlə ən müxtəlif sahələrdə kömək və dəstək göstərmişdi.

Bu günün hadisələrinə qayıdaraq, Azərbaycana son səfərim barədə söhbət açmaq istərdim. Keçən il may ayında biz Bakı Dövlət Universitetində olduq, rektor Məhərrəmovla Azərbaycanda MDU-nun filialının yaradılması məsələsini müzakirə etdik. Bu səfərin gedişində biz İlham Heydər oğlu ilə görüşmək şərəfinə də nail olduq. Həmin görüşdə MDU-nun filialının yaradılması ideyası səsləndi və qəbul edildi. Biz bu niyyətin həyata keçirilməsi perspektivlərini və planlarını müzakirə etdik.

Qeyd etmək istəyirəm ki, Prezident bu ideyanı dərhal hərtərəfli dəstəklədi və mən burada iştirak edənlərin hamısına bunu bildirməyi özümə şərəf sayıram ki, 2008-ci il yanvarın 15-də Azərbaycan Prezidenti Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması barədə Sərəncam imzalamışdır. Hörmətli İlham Heydər oğlu, mən bu hadisələr arasında müəyyən paralel aparmaqla demək istəyirəm ki, Siz atanızın işini davam etdirərək, uzaqgörən və müdrik siyasət yeridir, ölkənizdə və onun hüdudlarından kənarda təhsilin və elmin inkişafı naminə universitetlərin fəaliyyətinə böyük dəstək verirsiniz. Siz yüksək hazırlıqlı mütəxəssislərin hər bir dövlətin inkişafında və tərəqqisində böyük rol oynadığını bilir, ölkənin böyük gələcəyinin təşəkkülünə öz töhfələrini verməyə çalışan gəncləri fəal dəstəkləyirsiniz.

Əlbəttə, mən bizim planlarımız haqqında, birgə işimizin səmərəli olması barədə hələ çox danışmaq istərdim, lakin təəssüf ki, bu mərasimin vaxtı məhduddur. Ona görə də icazə verin, buraya toplaşanların qarşısında Moskva Universitetinin Elmi Şurası tərəfindən qəbul olunmuş qərarı elan edim.

Möhtərəm İlham Heydər oğlu, mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə elmin və təhsilin inkişafına görkəmli töhfənizi nəzərə alaraq və Moskva ilə səmərəli əməkdaşlığınıza görə MDU-nun Elmi Şurası Sizə Moskva Universitetinin fəxri professoru adı verilməsi barədə qərar qəbul etmişdir.

İcazə verin, MDU-nun fəxri professoru diplomunu Sizə təqdim edim.

X X X

Viktor Sadovniçi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurasının qərarını oxudu:

“Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə elmin və təhsilin inkişafına görkəmli töhfələrinə və Moskva Universiteti ilə səmərəli əməkdaşlığına görə İlham Heydər oğlu Əliyevə Moskva Universitetinin fəxri professoru adı verilsin. Bu ad ona qanunla və adətlərlə müəyyən olunmuş bütün şərəf və imtiyazlar hüququnu təmin edəcəkdir”.

Rektor Azərbaycan Prezidenti İlham Əliyevə MDU-nun fəxri professoru diplomunu və medalını təqdim etdi.

 
X X X
Sonra söz Rusiya Elmlər Akademiyasının akademiki, MDU-nun kimya fakültəsinin dekanı Valeri Luninə verildi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib