MƏCBURİ KÖÇKÜN GƏNCLƏR ÜÇÜN TƏLİMLƏR HƏYATA KEÇİRİLƏCƏKDİR
Bakı, 18 may (AZƏRTAC). “Qızılbaş Gəncləri” Maarifləndirmə İctimai Birliyi “Nədən başlamalı? Məcburi köçkün gənclər üçün peşə və iş seçimi üzrə intensiv təlimlər” mövzusunda layihə həyata keçirəcəkdir.
Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində məcburi köçkün gənclər arasında işsizliyin aradan qaldırılması məqsədi ilə təlimlərin keçirilməsi planlaşdırılır. Belə ki, gənclərin alternativ iş yerləri tapması üçün imkanları qiymətləndiriləcək, sahibkarlarla gənclər arasında əlaqələr yaradılacaqdır.
Altı ay davam edəcək layihə Beyləqan və Füzuli rayonlarında keçiriləcəkdir. Təlimlərə hər rayondan 25 işsiz gənc cəlb olunacaq və onların iş bacarıqları ilə bağlı araşdırma aparılacaqdır.
Eyni zamanda, adıçəkilən rayonların birində məcburi köçkün gənclərin məşğulluq mərkəzinin yaradılması da nəzərdə tutulur.
Təlimlərin həyata keçirilməsi üçün artıq gənclər qrupu hazırlanmışdır. İlk təlim mayın sonunda Füzuli rayonunda təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]