Mədəniyyət və Turizm Nazirliyi regionlarda monitorinq keçirir
Bakı, 25 iyun (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi iyunun 20-dən respublikanın bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə monitorinqlərə başlamışdır.
Nazirliyin turizm şöbəsi müdirinin müavini Mahir Qəhrəmanov AZƏRTAC-a bildirmişdir ki, məqsəd yay turizm mövsümünün başlanması ilə əlaqədar bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlığın səviyyəsini və göstəriləcək turist xidmətlərinin qiymətlərini araşdırmaqdır. Monitorinqin birinci mərhələsi iyunun 20-dən 25-dək ölkəmizin şimal-qərb regionu üzrə Qax, Şəki, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.
Monitorinqlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri, İqtisadi İnkişaf Nazirliyi Şəki-Zaqatala regional bölməsinin əməkdaşı və rayon mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak edirlər.
Monitorinqlərin sonrakı mərhələsi şimal və cənub zonalarında fəaliyyət göstərən turizm obyektlərində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]