MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ ALMATIYA SƏFƏR EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə MDB üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq üzrə Şurasının XXIII iclası keçiriləcəkdir.
Azərbaycan nümayəndə heyəti sentyabrın 23-də Almatıya gedəcəkdir. İclasda MDB ölkələrinin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası layihəsi, qanunvericiliyin inkişaf perspektivləri, üzv ölkələrin milli qanunvericiliklərində mədəniyyət və incəsənət sahəsi ilə bağlı təhsilin vəziyyəti, eləcə də MDB-nin gələcək inkişaf Konsepsiyasının reallaşdırılması üzrə və 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə hazırlıq və onun qeyd olunması ilə bağlı əsas Tədbirlər Planı və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Tədbir çərçivəsində MDB-nin üzvü olan ölkələrin Beynəlxalq simfonik orkestrinin ifasında mədəni proqram da təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]