Media: ABŞ 10 minədək hərbçisini Şərqi Avropadan çıxara bilər
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi 10 minədək hərbçisini Şərqi Avropadan çıxarmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, NBC televiziyası bu barədə amerikalı və avropalı rəsmilərə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Birləşmiş Ştatlara qaytarılması planlaşdırılan kontingent ABŞ-ın əvvəlki administrasiyası tərəfindən 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrə göndərilən 20 minlik hərbi birləşmənin bir hissəsidir. Hazırda təşəbbüsün hələ müzakirə mərhələsində olduğu bildirilir.
Şərqi Avropadakı ABŞ qoşunlarının şəxsi heyətinin yarıya endirilməsi regionda Rusiyanın mövqelərinin güclənməsi ilə bağlı Qərbin narahatlığını artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]