Media: ABŞ Colan təpələrinə raket hücumunun genişmiqyaslı müharibəyə səbəb olacağından narahatdır
Bakı, 28 iyul, AZƏRTAC
ABŞ səlahiyyətliləri İsrailin Colan təpələrinə raket hücumunun İsrail ilə Livanın “Hizbullah” hərəkatı arasında genişmiqyaslı müharibəyə səbəb ola biləcəyindən son dərəcə narahatdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Portal bildirir ki, Amerika rəsmiləri Qəzza zolağında atəşkəs əldə olunmasa, İsraillə “Hizbullah” arasında müharibə ehtimalının getdikcə artacağından ehtiyatlanır. Belə ki, bu, ABŞ-ı regional münaqişəyə daha da sürükləyə bilər.
Qeyd edək ki, raket hücumu zamanı yeniyetmə və uşaqlar da daxil olmaqla azı 12 nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]