Media: ABŞ İsrailə vəziyyətin nəzarətdən çıxması riski barədə xəbərdarlıq edib
Bakı, 29 iyul, AZƏRTAC
ABŞ İsrailə xəbərdarlıq edib ki, onun Colan təpələrinə hücuma cavab olaraq Livanın paytaxtı Beyrutdakı “Hizbullah” hərəkatının hədəflərinə zərbə endirmək planları vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.
Portalın məlumatına görə, İsrail Beyrutdan qisas alacağı təqdirdə, “Hizbullah” İsrail ərazisinə uzaqmənzilli raketlərlə hücum edə bilər. Bu da çox güman ki, daha böyük eskalasiyaya gətirib çıxaracaq.
Bundan əvvəl İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]