Media: Bayden administrasiyası Ukraynaya 1,22 milyard dollarlıq hərbi yardım göndərəcək
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Cozef Baydenin administrasiyası 2024-cü ilin sonunadək Ukraynaya 1,22 milyard dollar həcmində hərbi yardım göndərəcək.
AZƏRTAC xəbər verir ki, “Defense One” portalı bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmuruna istinadla məlumat yayıb. Onun sözlərinə görə, həmin vəsait ABŞ istehsalçılarından silah alınmasını nəzərdə tutan Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacaq.
Dekabrın əvvəlində “Reuters” agentliyi Ağ evin USAI vasitəsilə Ukraynaya 988 milyon dollar həcmində növbəti hərbi yardım paketi üzərində işlədiyini bildirmişdi.
Qeyd edək ki, Cozef Bayden administrasiyası indiyədək əhəmiyyətli maliyyə və hərbi resurslarla Kiyevi fəal şəkildə dəstəkləyib. Bu dəstəyə silah tədarükü, Ukrayna hərbçilərinin təlimi və ümumilikdə 59 milyard dollardan çox humanitar yardım daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]