Media: Brüssel Vaşinqtonla ticarət danışıqlarını sürətləndirməyi planlaşdırır
Bakı, 27 may, AZƏRTAC
Brüssel Ağ evin Avropa İttifaqından idxal olunacaq mallara tətbiq etdiyi 50 faizlik gömrük rüsumlarından yayınmaq üçün ABŞ-la ticarət danışıqlarını sürətləndirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrinə istinadla yaydığı məlumata görə, Avropa Komissiyası öz səylərini iqtisadiyyatın prioritet sektorlarına, eləcə də tarif və qeyri-tarif maneələrinin aradan qaldırılmasına yönəldəcək.
Ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç Vaşinqtonla metallurgiya, avtomobil sənayesi, əczaçılıq, yarımkeçiricilər və mülki aviasiya kimi əsas sektorlar üzrə məsləhətləşmələr keçirəcək. Bu müzakirələr ticarət maneələri üzrə texniki danışıqlara paralel aparılacaq.
Maroş Şefçoviçin diqqət yetirəcəyi sahələr artıq ABŞ tariflərinə məruz qalıb və ya Ağ ev tərəfindən yeni rüsumların tətbiqi üçün prioritet kimi nəzərdən keçirilir. Avropa İttifaqı isə ötən həftə Birləşmiş Ştatlara bu sahələrdə əməkdaşlığı dərinləşdirməyi təklif edib. Eyni zamanda, Brüssel dialoqun məqbul razılaşmaya gətirib çıxarmayacağı təqdirdə tətbiq edəcəyi mümkün cavab tədbirləri üzərində işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]