Media: Harvard Universiteti bir milyard dollarlıq aktivini satmaq istəyir
Bakı, 25 aprel, AZƏRTAC
Tramp administrasiyası milyardlarla dollar maliyyələşdirməni blokladığı üçün Harvard Universiteti bir milyard dollarlıq aktivini satmaq üçün fəal danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət təhsil müəssisəsinin şəxsi fondunun səhm portfelindən gedir. Harvard Universiteti “Lexington Partners” investisiya firmasına səhmləri köçürmək üçün “Jefferies Financial Group” ilə işləyir. Mümkün sövdələşmənin şərtləri tam razılaşdırılmayıb.
Qeyd edək ki, aprelin 15-də ABŞ Prezidenti Donald Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Təhsil Departamenti Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]