Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir
Bakı, 19 fevral, AZƏRTAC
Ukrayna münaqişəsinin həlli üzrə Cenevrə danışıqlarının iştirakçıları Ukraynanın şərqində demilitarizasiya zonasının yaradılmasını müzakirə edirlər.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, hazırda heç bir ordunun nəzarətində olmayan demilitarizasiya zonasının yaradılması ideyası müzakirə edilir. Lakin son danışıqlar mərhələsi heç bir irəliləyiş olmadan başa çatıb.
Danışıqlarda, həmçinin vəziyyətin normallaşdırılması üçün atılacaq addımların ardıcıllığı, o cümlədən təhlükəsizlik təminatları, regionun bərpasının maliyyələşdirilməsi üçün əsasların hazırlanması və Ukraynada seçkilər müzakirə edilib.
Qeyd edək ki, Ukrayna böhranının həlli ilə bağlı Ukrayna-ABŞ-Rusiya danışıqlarının üçüncü raundu fevralın 17-18-də Cenevrədə baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]