Məhəmməd Abdullayev: Final görüşündə iştirak etməyin özü də bir fəxrdir
Novı Tarq, 2 iyul, AZƏRTAC
III Avropa Oyunlarında finaladək irəlilədiyim və “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm.
Bunu AZƏRTAC-a müsahibəsində III Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Məhəmməd Abduallayev (+92 kq) deyib.
Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir. “Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim “Paris-2024” Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə zədələrim açılır və qanayırdı. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. ABŞ və digər ölkələrdə təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulur”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]