Məhəmməd Cavad Zərif: Prezident Donald Trampı müharibəyə sövq etməyə çalışırlar
Tehran, 19 sentyabr AZƏRTAC
ABŞ Prezidenti Donald Trampı müharibəyə sövq etməyə çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
O bildirib ki, bir qrup insanlar öz şəxsi karyeraları və biznesləri naminə Prezident Donold Trampı İran ilə müharibəyə sövq etməyə çalışırlar. Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanında neft zavodunun partlamasından dərhal sonra İranın ittiham edilməsi onu deməyə əsas verir ki, bir qrup şəxs D.Trampı qarşılıq verməyə məcbur etmək istəyir.
Xatırladaq ki, ötən şənbə günü Səudiyyə Ərəbistanının “Aramco” neftayırma zavodu pilotsuz uçuş aparatı vasitəsilə partladılıb. Bundan sonra dünya bazarında neftin qiyməti yüksəlib. Partlayışdan dərhal sonra heç bir sübutun olmamasına baxmayaraq, rəsmi Ər-Riyad və ABŞ-ın Dövlət Departamenti İranı ittiham ediblər.
Rəsmi Tehran isə bu ittihamları qətiyyətlə rədd edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]