Məhəmməd Rza Məcidi: Azərbaycanla əməkdaşlığımızın davamlı olacağına inanıram
Bakı, 21 fevral, AZƏRTAC
Böyük şərəf hissi ilə qeyd edirəm ki, Asiya Parlament Assambleyasının (APA) 14-cü sessiyası tarixi şəhər olan Bakıda keçirilir. Azərbaycanla əməkdaşlığımızın davamlı olacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri APA-nın Baş katibi Məhəmməd Rza Məcidi Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının fevralın 21-də keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, bugünkü iclasda APA-nın 14-cü plenar sessiyasının gündəliyi təsdiqlənəcək, həmçinin qurumun büdcəsinə baxılacaq.
Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edən APA-nın Baş katib Azərbaycanın imkanlarını yüksək qiymətləndirib və ev sahibliyinə görə təşəkkürünü bildirib. Məhəmməd Rza Məcidi ölkəmizin APA-ya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]