MƏHƏMMƏDİ KƏNDİNDƏ YENİ POLİKLİNİKA AÇILMIŞDIR
1985-ci ildən kənddə çalışan baş həkim Şahbaz Quliyev demişdir ki, indiyədək burada bütün tibb heyəti bir neçə təmirsiz otaqda otururdular, əslində, heç bir şərait yox idi.
Rayon rəhbərliyinin təşəbbüsü ilə tikilmiş poliklinikada müalicə, prosedur kabinetləri, xüsusi müayinə üçün nəzərdə tutulan kabinetlər, yardımçı otaqlar var.
Yeni müsair poliklinikanın istifadəyə verilməsi kənd əhalisinə ixtisaslaşdırılmış tibbi yardım göstərməyə imkan verəcəkdir.