Mehman Xəlilov: Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm
Minsk, 22 iyun, AZƏRTAC
Ermənistan idmançısına qalib gəldiyim üçün çox sevinirəm. Onunla görüşdən əvvəl də qələbə qazanacağıma əmin idim.
AZƏRTAC xəbər verir ki, bunu ikinci Avropa Oyunlarının sambo yarışında bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Maksim Manukyanı məğlub edən Mehman Xəlilov AZƏRTAC-a açıqlamasında deyib.
Erməni idmançıya qalib gəlməsinin onun qələbə əzmini daha da artırdığını qeyd edən samboçumuz bildirib: “Rəqibim erməni olduğu üçün qarşılaşmanın ilk dəqiqələrində bir qədər həyəcanlı idim. Amma get-gedə özümü ələ almağı bacardım. Karyeramda daha əvvəl də belə hal olub ki, iki döyüş keçirərək bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal uğrunda görüşdə çıxış etdim. Komandamıza medal qazandırdığım üçün çox şadam”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]