Mehmanxana əməkdaşları üçün keçirilən təlim kurslarının dinləyicilərinə sertifikatlar verilmişdir
Bakı, 10 iyun (AZƏRTAC). Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün keçirilən təlim-tədris kurslarının ikinci mərhələsi iyunun 9-da başa çatmışdır. Kursların bağlanış mərasimində iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin müvafiq sertifikatları təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu kurslar Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə təşkil olunmuşdur.
Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant” istirahət mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunmuş kurslarda 120 nəfərə yaxın dinləyici iştirak etmişdir.
Bir həftə davam edən təlim kursları 4 istiqaməti - hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri ixtisaslarını əhatə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]