MEK-də Mirzə Ələkbər Sabir yaradıcılığına həsr olunan sərgi açılıb
Bakı, 30 may, AZƏRTAC
Bu gün böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) ədibin həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi təşkil olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə M.Ə.Sabirin satirik şeirləri, ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktublarının toplandığı kitablar (“Seçilmiş əsərləri”, “Hophopnamə” və s.) nümayiş olunur. Həmçinin sərgidə qüdrətli şair və mütəfəkkirin həyatı, bədii-estetik idealı, sənət görüşlərinə dair Əkrəm Cəfərin “Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti”, Akif Əlinin “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı”, Mirzə İbrahimovun “Böyük şairimiz Sabir”, Alxan Bayramoğlunun “Mirzə Ələkbər Sabir” kimi tədqiqat işləri yer alıb.
Sərgi 2 həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]