MEK-in fondu xarici və yerli elmi jurnallarla zənginləşir
Bakı, 11 yanvar, AZƏRATC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Beynəlxalq kitab mübadiləsi çərçivəsində elmi jurnallar təqdim olunub.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, jurnallar Almaniya, ABŞ, Sloveniya, Yaponiyadan olmaqla müxtəlif elm sahələrini əhatə edir. Onların sırasında geoelmlərdəki cari inkişaflar haqqında məlumat verən bir neçə peşə və elmi birliklərin birgə xəbər bülleteni “GMIT - Geowissenschaftliche Mitteilungen”, riyaziyyat sahəsində elmi araşdırmaların toplandığı “Journal of Mathematical Sciences, the University of Tokyo” və “Mathematical Journal of Okayama University” kimi nəşrlər yer alıb. Bundan əlavə, petroqrafiya, çökmə sistemləri, paleontologiya və geoloji tarixdən bəhs edən “The Pennsylvanian System in the Sacramento Mountains, New Mexico, USA: Stratigraphy, Petrography, Depositional Systems, Paleontology, Biostratigraphy and Geologic History” jurnalı, “Ethnocultural Heritage of Caucasian Albania” və s. mövcuddur. Həmçinin MEK-ə Geologiya və Geofizika İnstitutunun nəşri olan "ANAS Transactions Earth Sciences" və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “International journal of multiculturalism” jurnalının növbəti sayı da təqdim olunub.
Jurnallar sözügedən elm sahələrində araşdırmalar aparan tədqiqatçılar üçün dəyərli mənbədir.