MƏKKƏDƏ KƏBƏNİN QARA LİBASA BÜRÜNMƏSİ MƏRASİMİ OLMUŞDUR
Müqəddəs Kəbə bazar günü ziyarətdən qayıdan zəvvarları qiyməti təxminən 5,5 milyon dollar olan qızılla işlənmiş ipək libasda qarşılayacaqdır. Son yüzilliklər ərzində Kəbə yalnız “kisvə” (bürüncək) adlanan qara libasa bürünmüş olur. Onu hazırlamaq üçün Məkkə yaxınlığında xüsusi fabrik tikilmişdir.
Kisvənin tikilməsinə 600 kvadratmetrdən çox xalis ipək işlənir. Onun yuxarı hissəsindən eni 95 santimetr olan zərli gümüşlə işlənmiş qurşaq keçir, altında Quranın bəzəkli hərflərlə yazılmış kəlamları və müsəlmanların xüsusi ehtiram etdikləri “Saflaşma” surəsi yerləşdirilmişdir.
Kəbənin “əynindən” çıxarılmış köhnə libasın müqəddəs parçaları qiymətli suvenirlər kimi İslam ölkələrində yayılacaqdır.