Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb
Vaşinqton, 18 may, AZƏRTAC
Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi tanışlıq gəzintisi zamanı Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.
AZƏRTAC-ın məlumatına görə, hadisə yerli vaxtla saat 20:26 radələrində (Bakı vaxtı ilə 04:26) baş verib. Qəza nəticəsində 3-ü ağır olmaqla, 20 nəfərin yaralandığı bildirilir. Nyu-York Polis Departamentinin yaydığı məlumata görə, hazırda çoxlu sayda insana yardım göstərilir. Lakin hadisənin səbəbləri və xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.
Gəminin göyərtəsində 200-dən çox sərnişin olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]
Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]