“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir
Bakı, 28 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “Məktəb ictimai müzakirədə” adlı yeni layihəyə start verilir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı nüfuzlu ziyalıların, tanınmış ictimai xadimlərin, təhsil ictimaiyyətinin, valideynlərin və media nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq, açıq dialoq mühiti formalaşdırılacaq. Müzakirələr zamanı məktəblərin idarə olunması, tədrisin keyfiyyəti, valideyn-məktəb əməkdaşlığı, ictimai nəzarət mexanizmləri və təhsil sahəsində şəffaflığın artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, layihə çərçivəsində paytaxtın müxtəlif məktəblərində təşkil olunacaq müzakirələrdə təhsil ocağının fəaliyyəti, əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və mövcud çağırışlar təqdim ediləcək, iştirakçıların rəy və təklifləri dinləniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]