ELM VƏ TƏHSİL
MƏKTƏBDƏ HEYDƏR ƏLİYEV MUZEYİ AÇILMIŞDIR
Muzeydə görkəmli siyasi xadim və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Sumqayıtla qırılmaz əlaqələri, şəhərin inkişafında rolu ilə bağlı zəngin fotomaterial toplanmışdır.
Muzeyin açılışından əvvəl məktəblilər Prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş maraqlı musiqili-ədəbi kompozisiya göstərmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev mərasimi açaraq demişdir ki, Heydər Əliyevin tərcümeyi-halını öyrənərkən onun siyasi simasının əzəmətini bütün dolğunluğu ilə dərk edirsən. Heydər Əliyevin fenomenal şəxsi keyfiyyətləri, böyük siyasi təcrübəsi, təfəkkürünün geniş miqyaslığı, şəxsiyyətinin qeyri-adiliyi ona Azərbaycan xalqının ümummilli lideri, iftixarımızın mənbəyi şöhrətini qazandırmışdır.