Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb
Bakı, 16 may, AZƏRTAC
ABŞ-ın birinci xanımı Melaniya Trampın 2020-ci ildə doğma şəhəri Sevnitsada qoyulan bürünc heykəli oğurlanıb.
AZƏRTAC xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.
Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra nə vaxtsa Melaniyanın vətəninə səfər edəcəyinə dair ümidlər artıb, lakin bu, hələlik baş verməyib. İctimai çıxışlarında nadir hallarda Sloveniyanın adını çəkən ABŞ-ın birinci xanımı da hələ ki inaqurasiya mərasimindən sonra doğulduğu ölkəyə səfər etməyib.
Xatırladaq ki, oğurlanan bürünc heykəl Melaniyanın 2020-ci ildə yandırılmış əvvəlki taxta heykəlinin yerində ucaldılıb.
Bir müddət öncə, “Amazon Prime” studiyası Melaniya Trampın həyatından bəhs edən sənədli film çəkəcəyini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]