Memarlıq və İnşaat Universiteti alimlərinin ixtirasına patent verildi
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2025 0032 saylı “Beton və inşaat qarışıqları üçün üzvi-mineral modifikatorun alınma üsulu” adlı ixtirasına Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən müsbət qərar verilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, patentin müəllifləri Materialşünaslıq kafedrasının professoru, Texnologiyaların Transferi Mərkəzinin müdiri professor Abbas Quvalov və həmin kafedranın dosenti Səidə Abbasovadır.
Yeni ixtira beton və inşaat qarışıqlarının keyfiyyətini artırmaq məqsədilə üzvi-mineral modifikatorların əldə olunmasını nəzərdə tutur. Bu texnologiya tikinti sənayesinə mühüm üstünlüklər qazandırır. Belə ki, modifikatorun tətbiqi nəticəsində betonun suya və şaxtaya davamlılığı yüksəlir, çatlama və deformasiyalara qarşı dayanıqlıq əhəmiyyətli dərəcədə artır. Bununla yanaşı, yeni texnologiya ekoloji baxımdan daha təhlükəsizdir və dayanıqlı inkişaf prinsiplərinə xidmət edir.
İqtisadi baxımdan da böyük səmərəlilik təmin edən bu üsul əlavə enerji və xammal sərfinin azalmasına, nəticədə isə tikinti şirkətlərinin daha az xərc hesabına yüksəkkeyfiyyətli nəticə əldə etməsinə şərait yaradır. İxtira yaşayış binalarının inşasında, sənaye obyektlərinin tikintisində, yol və körpü layihələrində, eləcə də hidrotexniki qurğuların yaradılmasında uğurla tətbiq oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [13:54]
DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib
- 07.06.2026 [13:10]
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]