“MƏNİM AİLƏM” FESTİVALI BAŞLANDI
Mehmanxananın foyesində Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin və nazirliyin əməkdaşlarının birgə səyləri ilə təşkil edilmiş “Sağlam ailə cəmiyyətin əsasıdır” fotosərgisi açılmış, festival iştirakçıları - bu tədbirdə iştirak edən 10 gənc ailə tərəfindən hazırlanmış divar qəzetlərinə baxış olmuşdur. Sonra festival çərçivəsində “Ailə və sağlam nəsl” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Mayın 15-də festivalda müxtəlif müsabiqələr - kulinariya, rəqs, intellektual, musiqi müsabiqələri təşkil ediləcəkdir. Qaliblər Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqdır.