Mərkəzi Bank internatura proqramına qəbul üçün müsabiqə elan edir
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci il üzrə internatura proqramına qəbul üçün müsabiqə elan edir.
Bankdan AZƏRTAC-a bildirilib ki, internatura proqramına iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistratura pilləsinin tələbələri 10 istiqamət üzrə müraciət edə bilərlər: İqtisadiyyat; Maliyyə; Statistika; Risklərin idarə edilməsi; Hüquq; Menecment; Tətbiqi riyaziyyat; Kompüter elmləri və informasiya texnologiyaları; İqtisadi kibernetika.
İnternatura proqramı iyulun 4-dən sentyabrın 9-dək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “İnsan resursları - İnternatura: Addımlarınıza bizimlə başlayın” alt-bölməsinə daxil olaraq tamamlamaq mümkündür. Son müraciət tarixi fevralın 6-dır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]
Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır
- 16.06.2026 [16:21]
Münaqişə başa çatdı, neft ucuzlaşdı
- 16.06.2026 [16:02]