Mərkəzi Bankın sədri: Devalvasiya barədə danışmaq qeyri-ciddidir VİDEO
Bakı, 1 fevral, Elvin Camalov, AZƏRTAC
Devalvasiya barədə danışmaq qeyri-ciddidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
“Bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub. Bu il makroiqtisadi sabitliyi təmin etmək üçün kifayət qədər resurs mövcuddur. Cari il makroiqtisadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Mərkəzi Bankın siyasəti aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası əsasında qurulub”, - deyə E.Rüstəmov qeyd edib.