Mərkəzi Seçki Komissiyasında Avstraliya parlamentinin deputatları ilə görüş keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Mərkəzi Seçki Komissiyasında (MSK) Avstraliya parlamentinin deputatları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinin təşkili ilə əlaqədar görülən işlər, seçkiləri izləyən beynəlxalq və yerli müşahidəçilər və kütləvi informasiya vasitələri barədə məlumat verib. Sədr seçkilərdə şəffaflığın təmin edilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, min seçki məntəqəsində veb-kameralar quraşdırılıb və bu da məntəqələrin 18 faizini əhatə edir. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdirilir.
Görüşdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kelli Kraiq Robert Azərbaycanda prezident seçkilərini müşahidə etməkdən məmnunluqlarını bildirib. O, seçkilərin yüksək səviyyədə təşkili ilə bağlı Mərkəzi Seçki Komissiyasının gördüyü işləri yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]