MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komissiyanın sədr müavini Svetlana Qasımova, MSK-nın katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması təklifi ilə çıxış etmişlər. Mərkəzi Seçki Komissiyası 25 saylı Nizami ikinci, 68 saylı Cəlilabad kənd, 35 saylı Xətai üçüncü və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərarlar çıxarmışdır.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]