Meşə və park gözətçiləri təbiətə ziyan vurduqlarına görə cərimələnmişlər
Bakı, 4 iyun (AZƏRTAC). Lənkəranın Biləsər və Daşdatük kəndlərinin ətrafındakı meşələrin qırılaraq Hirkan qəsəbəsindəki çay fabrikinin ərazisində taxta materialı kimi saxlanılması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət məktubu araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin ərazidə dövlət nömrə nişanı olmayan Lənkəran rayonu Bürcəli kənd sakini Anar Miriyevə məxsus “ZİL-131” markalı avtomobildə 3,98 kubmetr fıstıqdan hazırlanmış girdə material aşkar edilmişdir. Qanunsuz olaraq Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı meşə dolayının ərazisindən 3 fıstıq ağacını kəsdiyi üçün A.Miriyevə 1199,57 manat cərimə tətbiq edilmişdir.
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandaband meşəbəyliyinin ərazisində 17 fıstıq, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 33 saylı dolayının ərazisində isə 6 palıd ağacının kəsilərək aparıldığı müəyyən olunmuşdur.
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə gözətçisi Məmmədəli Quliyev və Hirkan Milli Parkının mühafizə yegeri Yaşar Nuriyev barəsində inzibati qaydada tədbir görülmüş, təbiətə dəymiş ziyan ödənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]