Meşə yanğınları Yeni Zelandiyada onlarla evi külə döndərib
Bakı, 5 oktyabr, AZƏRTAC
Meşə yanğınları Yeni Zelandiyanın Cənub adasında 4,6 min hektar ərazini və 70-ə yaxın evi məhv edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, oktyabrın 4-də dağlarda başlayan təbiət yanğınlarının miqyası güclü külək səbəbindən sürətlə genişlənir.
Yeni Zelandiyanın yanğından mühafizə xidmətinin məlumatına əsasən, külək meşə yanğınları ilə mübarizəni çətinləşdirir. Yanğının söndürülməsinə 11 helikopter cəlb olunub. Hələ ki təbii fəlakət nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Bu arada ölkənin meteorologiya xidməti yaxın sutka ərzində regiona yağış yağacağı barədə proqnoz verib. Yağış yanğının qarşısını almağa kömək edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]