“Məşğulluğa dəstək layihəsi” çərçivəsində daha 600-dək şəxsə aktivlər verilib
Bakı, 18 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” üzrə ölkəmizin bölgələrində daha 580 işsiz şəxsə avadanlıqlar təqdim olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, seçdikləri istehsal və xidmət sahələri üzrə verilmiş avadanlıqlarla onlar öz kiçik təsərrüfatlarını qurublar.
“Məşğulluğa dəstək layihəsi” işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq fəaliyyətinin təşkilinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına şərait yaradılması hədəflənib.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını uğurla müdafiə edən şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə avadanlıqlar verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]