Məşhur britaniyalı aparıcı 78 yaşında vəfat edib
London, 27 fevral, AZƏRTAC
Britaniyalı məşhur jurnalist və televiziya aparıcısı Henri Kelli 78 yaşında vəfat edib.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. O, jurnalistikadan şou-biznesə keçərək 1980-90-cı illərdə “Game For A Laugh” və “Going For Gold” televiziya oyun proqramlarına aparıcılıq edib. O, həmçinin “BBC Radio 4”, “LBC” və “Classic FM”də verilişlər aparıb.
Ailəsinin yaydığı bəyanatda bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra sakit şəkildə dünyasını dəyişib.
1946-cı il aprelin 17-də Dublində anadan olan H.Kelli jurnalist karyerasına qəzetlərdə başlayıb. O, ötən əsrin 70-ci illərində “The Irish Times” qəzetində Şimali İrlandiyada baş verən qarşıdurmalar və “The Troubles” dönəmi ilə bağlı xəbərlər hazırlayıb.
H.Kelli 1976-cı ildə “BBC”yə qoşulmaq üçün qəzetdən ayrılaraq Londona köçüb. O, “Radio 4”də “The World Tonight” proqramında reportyor və aparıcı kimi çalışıb. Lakin 1980-ci ildə, 34 yaşında jurnalistikanı tərk edərək əyləncəli televiziya proqramlarının aparıcısı kimi fəaliyyətə başlayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]