MƏŞHUR PARAŞÜTÇÜ FƏAL VULKANIN KRATERİNƏ TULLANMIŞDIR
Bakı, 22 aprel (AZƏRTAC). Əməkdar idman ustası, paraşüt idmanı üzrə üçqat dünya çempionu Valeri Rozov Kamçatkada vertolyotdan fəal Mutnov vulkanının kraterinə tullanmışdır. Ətrafa zəhərli buxar yayan vulkandan qurtulmaq üçün onun çox az vaxtı olmuşdur.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, idmançı bu təhlükəli addıma Rusiya, Almaniya, İngiltərə, Türkiyə, Sloveniya və Avstriyadan olan 10 iştirakçıdan ibarət komandanın tərkibində hazırlaşmışdır. Paraşütçü fiziki hazırlıqdan əlavə, havanı və kraterin quruluşunu öyrənmişdir.
Rozovun trosun köməyi ilə tez bir zamanda kraterdən çıxmasına məhz onun komandası kömək etmişdir. Qeyd edək ki, vulkanın hündürlüyü 2322 metr, kraterin diametri isə 200 metrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]