Məşqçilər Komitəsi bölgə klubları ilə görüşlərini davam etdirir
Bakı, 29 fevral, AZƏRTAC
AFFA-nın Məşqçilər Komitəsi klublarla görüşlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Vaqif Sadıqov, Böyükağa Hacıyev, Şakir Qəribov və Ağasəlim Mircavadovdan ibarət heyət qarşıdakı bir həftə ərzində bölgələrdə olacaq.
Komitə üzvləri əvvəlcə martın 2-də Lənkərana üz tutacaq. Həmin gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi çərçivəsində “Xəzər-Lənkəran”-“Neftçi” matçını izləyəcək mütəxəssislər ertəsi gün cənub klubunun rəhbərliyi və baş məşqçisi ilə görüşəcək.
Martın 3-də Bakıya qayıdacaq heyət bir gün sonra Sumqayıta yollanacaq və yerli komandanın bazasında görüşlər keçirəcək. Komitənin son səfəri isə martın 8-nə təsadüf edəcək. Budəfəki məkan isə Qəbələ olacaq. İki gün Qəbələdə qalacaq məşqçilər bu müddətdə klubun infrastrukturu ilə tanış olacaq, rəhbərliyi və baş məşqçisi ilə müzakirələr aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]