Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

London, 29 mart, AZƏRTAC

Londonun “Kings Kross” stansiyası yaxınlığında çoxmərtəbəli bir binaya daxil oluram. Londonun bu hissəsi başları səmaya dəyən yüksək binalarla doludur. Binaya girər-girməz narıncı və ağ rəngdə neon pilləkənlər, açıq plan lift qapıları və rəngli divanlar məni qarşılayır. Bir neçə dəqiqə sonra koridorlarda uğultu başlayır, nahar fasiləsidir. Özü də ikisaatlıq…

Dünyanın ən məşhur şirkətlərindən biri olan “Instagram”, “WhatsApp” və “Facebook” şirkətlərini özündə birləşdirən “Meta” şirkətinin London ofisindəyik. Bu gün demək olar ki, yüz milyonlarla insan “Meta”nın sahib olduğu platformaların ən azından birini işlədir. Müsahibimiz Aygün Zərbəliyeva iki ildir “Meta” şirkətində çalışır.

AZƏRTAC-ın London bürosu olaraq, onu “Meta”ya aparan yollar, işlədiyi layihələr, belə böyük bir şirkətdə çalışmağın məsuliyyətləri, həmçinin Azərbaycanın məşhur müğənnilərindən Aygün Kazımovanın oğurlanan instaqram səhifəsinin açılmasında göstərdiyi köməklik barəsində danışdıq.

- Bizə “Meta”da gördüyünüz işlər haqqında məlumat verə bilərsinizmi?

- Mən artıq iki il yarımdır ki, “Meta” şirkətində reklamlara cavabdeh olan departamentdə biznes mühəndisi kimi çalışıram. Bundan əvvəl Azərbaycanda yaşamışam. Müxtəlif İT və telekommunikasiya şirkətlərində çalışmışam. Hansısa bir məqamda qərar verdim ki, yeni bir ölkə və şirkətdə özümü yoxlayım. Beləliklə, “Meta” şirkətinə keçdim. Hazırda “Meta”nın reklam texnologiyaları sferasında çalışıram. Məsələn, siz instaqram səhifənizdə vaxt keçirirsiniz və ayaqqabı reklamı görürsünüz. Fikirləşirsiniz ki, mən son zamanlarda məhz belə ayaqqabılar axtarırdım. Bunun arxasında bir məntiq, böyük bir infrastruktur dayanır. Və yaxud reklamları şəkil, video, kataloq, anket kimi formatlarda görürsünüz. Bizim şöbə o texnologiyaları mükəmməlləşdirmək və müştərilərə daha yüksək səviyyədə çatdırmaqla məşğuldur.

- Bəzən mənə elə gəlir ki, “Meta” mənim ağlımdan keçənləri də oxuyur. Ümumiyyətlə, “Meta” bizə qulaq asırmı, bizi dinləyirmi?

- Çox adam soruşur ki, “Meta” sanki bilir ki, bizə nə lazımdır, nə axtarırıq, nə barəsində danışırıq, nə barəsində ümumiyyətlə fikirləşirik. Necə olur ki, biz instaqramı açan kimi bunları reklam olaraq görürük? Təbii ki, “Meta” səsə qulaq asmır, fikirləri oxumur. Sizə lazım olan reklamlar sizin axtarış tarixiniz əsasında, oradakı məlumatlara əsaslanaraq sizə göstərilir. Siz brauzerə daxil olub nəyisə axtaranda, hər hansı bir məhsula, hotelə baxanda, müxtəlif xidmət növlərinə axtarış verəndə bu məlumat piksel vasitəsilə sizin brauzerdən “Meta”nın sistemlərinə ötürülür. Siz bunu, öz axtarış tarixçənizə uyğun məlumatı reklam olaraq görmək istəmirsinizsə, bunu girib parametrlər bölməsindən söndürə bilərsiniz.

“Həyat məni özü yönləndirdi ki, mən bu sahədə irəli gedim”

- Aldığınız təhsilin indiki səviyyəyə çatmaqda necə bir rolu oldu?

- Təhsilin, ilk növbədə, mənə verdiyi ən böyük fayda düşdüyüm ətraf mühit baxımından oldu. Ətrafımdakı insanların mənimlə eyni maraqlarının olması mənə çox kömək etdi. Həm də informatikanın əsaslarını öyrənmək baxımından rolu oldu. Qrup yoldaşlarımdan kimsə informatikadan maraqlı məsələlər gətirirdi, biz hamımız onun üzərində işləyərdik. Mən universiteti bitirməmiş bu sahədə çalışmağa başladım. Sonra işdə maraqlı proyektlər üzrə işləmək fürsətim oldu. Həyat məni özü yönləndirdi ki, mən bu sahədə irəli gedim. Sonra həmən qrup yoldaşlarımla ömürlük dostlar olaraq qaldıq. Mənim təhsil aldığım dövrdə internetdəki resurslar indiki qədər əlçatan deyildi. İndi istədiyiniz bir sahəyə marağınız varsa, hətta marağınız olmasa da, sadəcə özünüzü yoxlamaq istəsəniz belə sizin qarşınızda sonsuz sayda imkanlar var. Kurslar götürə bilərsiniz, vebinarlara baxa bilərsiniz. Baza təhsiliniz fərqli olsa belə, həqiqətən də digər sahəyə marağınız varsa, internetdən siz bu sahəyə keçid üçün lazımi təhsili ala bilərsiniz.

- Londonda yaşamaq, “Meta” kimi çox böyük və tanınmış bir şirkətdə çalışmaq bir çoxlarının yəqin ki, xəyalıdır. Necə oldu ki, Londona köçmək qərarına gəldiniz və nəyə görə “Meta”nı seçdiniz?

- Mən Azərbaycanda 8 ildən çoxdur ki, “Simbrella” şirkətində çalışırdım. Bir gün anladım ki, Azərbaycanda çata biləcəyim ən pik nöqtəyə; öz ambisiyalarıma çatmışam, sevdiyim şirkətdə çalışıram, hər şey mənim üçün burada yaxşıdır. Bu məqamda düşündüm ki, başqa nə edə bilərəm. Onda qərara gəldim ki, özümü xarici şirkətlərdə sınayım. Xarici ölkə deyəndə həmişə Böyük Britaniya haqqında düşünmüşəm. Həyat yoldaşımla birgə fikirləşmişik ki, ya biz Azərbaycandan Britaniyaya köçəcəyik, ya da həmişə Azərbaycanda qalacağıq. Niyə məhz “Meta”nı seçdim? Mən, ilk növbədə, şirkətlərin mədəniyyəti ilə maraqlanıram. “Simbrella”da öyrəşdiyim dostluq və bir-birinə kömək üzərində qurulmuş mədəniyyəti istəyirdim ki, növbəti işlədiyim şirkətdə də hiss edim. Təbii ki, şirkətin böyük olmağı da önəmli amildir. Çox böyük kütlələrin, çoxsaylı insanların gündəlik həyatına təsir edən prokeytlər üzərində işləmək çox həyəcanlı bir şeydir. Mən də bir neçə böyük şirkətə müraciət etdim və təklif aldım. Bu təkliflər arasında mənə ən yaxın “Meta” oldu. Bura köçdükdən bir il sonra əkiz uşaqlarım oldu. Öz çətinlikləri olan maraqlı bir dönəm idi. Bizim Bakıda öyrəşdiyimiz komfortlu həyatın tam əksi olan bir həyat tərzinə keçdik. Çətinlikləri olsa da bizim üçün çox maraqlı dəyişikliklər oldu.

- “Meta”da iş müsahibəsi prosesi necədir?

- İş müsahibəsi (intervyu) çox rahatdır və axımlıdır. Qarşına məqsəd qoyduqdan sonra gerisi çox rahatdır. Sizi işə götürən insanlar sizin üçün hər şeyi çox asan və əlçatan edirlər. Siz sənədlərinizi verdikdən sonra sizə zəng gəlir. Onlar bilmək istəyir ki, siz həqiqətən də burada çalışmaq istəyirsinizmi, siz nə ilə maraqlanırsınız, nəyə görə “Meta”nı seçmək istəyirsiniz. Ümumi suallar verirlər. Birinci texniki mərhələ olur və çox da çətin olmayan alqoritmik suallar verirlər. Siz onu 45 dəqiqə ərzində həll edirsiniz və onu keçdikdən sonra sizinlə bir daha görüşürlər. Sizə çoxlu sayda resurslar təklif olunur ki, siz növbəti mərhələyə hazırlaşasınız. Hansı kitabları oxumalı olduğunuzu, harada məsələlər həll etməli olduğunuzu sizə məsləhət görürlər. Son mərhələ bir neçə, adətən beş mərhələdən ibarət olur. Bu mərhələlərdən biri sizin davranış intervyunuzdur. Sizin köhnə proyektləriniz, müxtəlif situasiyaları necə həll etməyiniz ilə maraqlanırlar. Növbəti iki mərhələdə sizə sistem verilir. Məsələn, “Meta”nın “Messenger”in sistemini və ya “Instagram”ı necə dizayn edərdiniz, kimi suallar verilir. Əlbəttə, 45 dəqiqə içində “Instagram”ı dizayn etmək mümkün deyil. Onlar sadəcə sizin məsələyə yanaşmanıza baxırlar. Müxtəlif problemli situasiyaları hansı texniki fəndlərlə necə həll etməyiniz, sizin düşüncə tərziniz onlar üçün çox maraqlıdır. Təbii ki, alqoritmik mərhələlər də olur ki, sizə lap birinci intervyunuzda olduğu kimi alqoritmik məsələlər təqdim olunur və siz onları verilmiş zaman çərçivəsində həll edirsiniz.

- Şirkətdə neçə azərbaycanlı çalışır və xaricilər sizin Azərbaycandan olduğunuzu biləndə necə reaksiya verirlər?

- “Meta” şirkətində dünya üzrə təxminən 20 nəfər azərbaycanlı çalışır və London ofisində hazırda səhv etmirəmsə 4-5 azərbaycanlı var. Bizim çox gözəl münasibətimiz var. Biz çoxumuz Azərbaycandan bir-birimizi tanıyırıq. Xaricilər bizim ölkənin adını eşidəndə yeməklərlə maraqlanırlar. Son illərdə Azərbaycanla bağlı çoxlu maraqlı verilişlər var, “YouTube”da kanallar var və bizim mətbəximiz çox gözəl nümayiş olunur. Həmin yerlərə turlar götürmək haqqında soruşurlar. Məsələn, Azərbaycanın şimal bölgəsinə. Bakını çox yaxşı tanıyırlar. Alov qülləsini, onun fonundakı Bakı qalasını tanıyırlar, bu görüntünü çox sevirlər. Çox xoş olur ümumiyyətlə. Sadəcə, söz xətrinə yox, həqiqətən də ölkənin mədəniyyətini bilirlər, xoş yanaşırlar.

- “Meta”da çalışmağın üstünlükləri nələrdir?

- Şirkətin öz işçilərinə olan münasibəti çox gözəldir. Hər cür rahatlıqla, o cümlədən 3 dəfə pulsuz yeməklə təmin olunmuş ofislərdən işləmək imkanı var. Yüksək səviyyəli sığorta xidməti, ev tapmaq, uşaq baxımı, idmanla məşğul olmaq və s. kimi bir çox şəxsi məsələlərinizi həll etməniz üçün güzəşt paketləri verilir. Azərbaycandan relokasiya edən zaman bütün işləri şirkət öz boynuna götürür və siz bu prosesi demək olar ki, hiss etmirsiniz. Əgər sizin sağlamlığınızla yaxud mental durumunuzla bağlı çətinliyiniz varsa siz bu barədə danışıb ehtiyacınız olan qayğını alırsınız, psixoloqlarla danışmaq imkanınız olur.

- Səhv etmirəmsə bir neçə ay öncə Aygün Kazımovanın instaqram hesabı oğurlananda səhifənin açılması üçün ona kömək etmişdiniz. Hətta o, öz səhifəsində sizin haqqınızda paylaşım edərək, sizə təşəkkür də etmişdi…

- Təxminən dekabr ayında “Instagram”a daxil olanda təsadüfən Aygün xanımın profili rastıma çıxdı. Mən heç vaxt onun profilinə baxmamışdım, izləmirdim. Ancaq onun səhifəsini görəndə, profilini çox bəyəndim... Elə mən onun səhifəsini bir neçə həftədir izləyirdim ki, birdən qarşıma bir video çıxdı və gördüm ki, bu, onun postu deyil. Başa düşdüm ki, böyük ehtimalla kimsə səhifəni sındırıb. Çox pis oldum, çalışdım ki, onunla əlaqə saxlayım. Onun videolarının altındakı şərhlərin birində teleaparıcımızın şərhini gördüm və ona yazdım. Onun sayəsində Aygün xanımla əlaqə qurduq. Bundan sonra mənə detalları, səhifədə nə baş verdiyini dedilər. Mən də məsələni öz şirkətimizin daxilində qaldırdım ki, belə bir problem var. Azərbaycanın bu dərəcədə tanınmış, sevilən bir ulduzunun profili belə bir problemlə üzləşib. Şirkətdə çoxlu sayda insanlara yazdım. Bəzi komandalar Hindistan ofisimizdə otururdu, bəzi komandalar Dublin, ABŞ ofisində otururdu. Mənim günüm bütün zaman qurşaqlarına uyğunlaşmaqla keçirdi ki, görüm hansı zaman qurşağında çalışan iş yoldaşımla bu problemi həll edə biləcəyik. Bir qədər stresli və uzun yazışma tələb edən proses oldu.

- Çoxları da iddia edirdi ki, bu bir piar idi, reklam xarakteri daşıyırdı...

- Elə bir şey yox idi, mən bu problemi özüm gördüm. Bu, onun komandası və hamı üçün stresli bir dövr idi. Heç kəs başa düşmürdü ki, hadisələr necə baş verdi, bunu kim edib. Hamı çox istəyirdi ki, bu profil açılsın. Mən bunun şahidiyəm ki, bu piar addımı deyildi.

- Sizin yolunuzla getmək istəyən gənclərə nə məsləhət verərdiniz?

- Mənim “Meta”da və ya texnologiya şirkətlərində işləmək üçün ən böyük maneələrimdən biri bu idi ki, düşünürdüm burada işləmək xüsusi istedad tələb edir və bu istedad məndə yoxdur. İlk növbədə bunun öhdəsindən gəlməyi məsləhət görərdim. Azərbaycanda hər hansı bir şirkətdə işləyib özünüzü göstərə bilirsinizsə, bu baza ilə hansısa böyük xarici şirkətdə çalışmaq imkanınız da olacaq. Gənclərə ilk növbədə məsləhətim özlərinə inanmalarıdır. Ondan sonrası isə asandır. “Meta”da çalışmaq rahatdır. Əgər kimsə burada çalışmağı düşünürsə və bilmirsə buna nədən başlasın, çox asanlıqla internetdə resursları tapıb, o resurslar üzrə hazırlaşa bilər.

Müsahibədən sonra Aygün xanım məni “Meta”nın gündə üç dəfə pulsuz yemək verilən mətbəxinə aparır, birgə yemək yeyirik.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub