Millətlər Liqası: Azərbaycan yığması bu gün Monteneqro ilə qarşılaşacaq
Bakı, 26 sentyabr, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, C Divizionunda mübarizə aparan Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv səfərdə Monteneqro yığması ilə qarşılaşacaq. Podqoritsa şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.
Millətlər Liqası
C Divizionu, 3-cü qrup
26 sentyabr
20:00. Monteneqro - Azərbaycan
Hakimlər: Maral Mirzai Beni, Kamilla Stendal, Tilde Larsson
Dördüncü hakim: Anna Layanen
Xal durumu: Monteneqro - 3, Kipr - 1, Azərbaycan - 1, Farer adaları - 0.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bakıda Kipr seçməsi ilə 1:1 hesablı heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]