İQTİSADİYYAT
MİLLİ BANKDA TƏQDİMAT MƏRASİMİ
Dekabrkın 13-də Milli Bankda Milli ödəniş sisteminin yaradılması strategiyasının ikinci mərhələsi olan Xırda ödənişlər üzrə hesablaşma klirinq sisteminin təqdimat mərasimi keçirilmişdir.
Mərasimdə Milli Bankın rəhbərliyi, ölkənin bank ictimaiyyətinin, layihənin həyata keçirilməsində iştirak edən şirkətlərin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxışında Milli ödəniş sisteminin yaradılması üçün görülən işlər haqqında geniş məlumat verərək bildirmişdir ki, bu strategiyanın birinci mərhələsində real vaxt rejimində banklararası milli hesablaşmalar sistemi tətbiq edilmişdir. Strategiyanın vacib və mühüm olan ikinci mərhələsi - Xırda ödənişlər üzrə hesablaşma klirinq sisteminin yaradılması “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiq olunması barədə Azərbaycan Prrezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının tapşırıqlar siyahısına daxil edilmişdi.
Mərasimdə ABŞ-ın “Hewlett Paçkard” şirkətinin MDB ölkələri üzrə baş meneceri Hilmar Lorens, “CMA Şmall Systems AB” şirkətinin nümayəndəsi Sergey Şyan, “AZEL” şirkətinin prezidenti İqor Yakovenko, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev də çıxış etmişlər. Xatırladaq ki, məbləğ etibarilə ödənişlərin 80-90 faizi, ödəniş sənədlərinin say etibarilə 10-20 faizi iri və təclili ödənişlərin payına düşür. Ödənişlərin say etibarilə mühüm hissəsini isə xırda ödənişlər təşkil edir. Bu ödənişlər mahiyyətcə iki yerə - daim təkrarlanan raket ödənişlərinə (əmək haqqı və pensiyaların verilməsi, kommunal ödənişlər, telefon danışıqları üzrə ödənişlər və s.) və kart ödənişlərinə bölünür.